
Im neuen Jahr möchte ich Podcasts und Videos mit Akademikern (ernsthaften Akademikern) machen. Die erste Sendung dieser Art werde ich nächste Woche ausstrahlen. Mein erster Gast ist Assoc, der die antike türkische Geschichte erforscht. Prof. Hayrettin Ihsan Erkoç wird sein. Wenn Sie Fragen haben, die Sie stellen möchten, können Sie im Kommentarbereich schreiben.
https://i.redd.it/icd67zpollde1.png
Von kurdechanian
11 Kommentare
Elmi məqalələrinə bu linkdən baxa bilərsiniz – [https://avesis.comu.edu.tr/h.ihsan.erkoc/](https://avesis.comu.edu.tr/h.ihsan.erkoc/?fbclid=IwZXh0bgNhZW0CMTAAAR2qZ0CRPLqr9R87sGc7icuLzh2KunyHOuCuUi99uk1dtZESK17iARjYdx8_aem_LGqgQfbFaBJEA9hdniZGMw)
Vermək istədiyiniz suallar varsa, rəy hissəsinə yaza bilərsiniz. Amma əvvəlcədən onun digər məqalələrini oxumağınızı şiddətlə tövsiyə edirəm.
1) Azərbaycanda edilən qədim türk tarixi araşdırmaları hansı ölçüdədir? Hansı kitabları oxumaq məsləhətlidir (həm türkcə, həm azərbaycanca)
2) Türkiyədə qədim türk tarixinə müasir təhsil mərhələlərində (məktəb, universitet və digər) nə qədər yer ayrılır?
3) Dünyadakı alimlərin araşdırmaları ilə „turkic“ ölkələrin araşdırmaları arasında hansısa fərq varmı və ya qəsdən təhrifə uğradılmış hissələr varmı?
Hələki bunlar.
Saklar/İskitlər haqqında, xüsusən Tomrisin hekayəsi haqqında danışsa çox xoş olardı. Bu biraz bulanıq mövzudu sanki, kimisi İskitlər İrani xalqdı deyir, kimisi türklərlə bağlayır. Bizdə Tomrisin Kiri Araz çayı yaxınlığında öldürdü deyilir, amma başqaları bunun Orta Asyada baş verdiyi bəziləri də ümumiyyətlə belə şey olmadığını deyir. Onun bu haqda fikirlərini dinləmək maraqlı olardı
Qədim türk tarixinin araşdırılmasında əsas istifadə olunan mənbələr hansılardır?
O duz sohbetdi ki rossiyada 3 milliona yaxin azerbaycanli yawiyir?
– Qədim türk əlifbasında hansı əksikləri görürsünüz? (həmin əksikliklər təkmilləşdirilib yenidən istifadə edilə bilərmi)
– Türk dövlətləri Avropa Birliyinə oxşar bir təşkilat qurmalıdırmı?
Ümumi türk mifologiyası haqqında eşitməyi arzulayırdım.
1. Azərbaycanda yaşayan Kür- Aram mədəniyyətinin davamçıları nə zaman assimliyasiya oldu?
2. Azərbaycana coğrafiyasına türklərin böyük köçündən nə qədər zaman sonra türk mədəniyyəti / dili əsas mədəniyyət olub?
3. Albanların davamçılarının 10-cu əsrdən sonra olan türklərlə ilk təması nə zaman olub, əlaqələri necə olmuşdur?
4. Azərbaycanda genetik olaraq Sami , Indo-European, Bactria–Margiana mədəniyyəti kökənli şəxslər çoxdur , amma ki bu şəxslərin əksəri yaxın 400 il əvvəlki əcdadları da türkcə danışıb, bu necə mümkündür?
Turk dilinin tarixen inkisafi ve ugradigi deyisiklikler, koceri ve yerlesik heyatin buna tesiri.
1) Irq Bitigdəki türkdilli hissələr nə cür lələklə (T. türkçesinde divit?) yazılmışdı?
2) XX əsrdə barmaqla göstərilən bozqurd işarəsinin işlənməsi kimdən başladı?
3) Türk mifologiyası ilə bağlı iki ən sevdiyi kitab (akademik və qeyri-akademik)
4) Türk dastanı/mifologiyası/tarixi ilə bağlı ən sevdiyi bədii film
5) Türk halqlarında qulyabanı (ghoul) haqqında hansı miflər mövcuddur və onları harda oxumaq olar?
6) Bu gün Qazaxıstan araşdırmaçıları arasında belə bir debat var: bəziləri deyir ki, güya Tanrıçılıq/Tengriçilik termini tarixi baxımdan yenidir (yəni, onu qədim türklərin dini üçün işlətmək səhvdir); əks tərəf isə iddia edir ki, tarixi mənbələrdə həmin söz elə bu formada qeyd olunur. Türkiyədə bu məsələ ilə bağlı nə deyilir?
7) Türkiyə niyə Bakıdakı Birinci Türkologiya Qurultayına dilçi alimlərini göndərməyib, ədəbiyyatşünas (Köprülü) göndərmişdi?
8) Mərkəzi Asiyada baksı anlayışı var. Şaman kimi bir adam. Azərbaycan dilində isə baxıcı anlayışı var. Lakin, Mərkəzi Asiyada baksı ancaq kişi ola bilər. Bizdə isə baxıcılar ekstrasens tipli qadınlar olur. Mən ehtimal edirəm ki, bu sözlər eyni köklüdür, ancaq bizdə onun əsl mənası itirilib. Ancaq, normal etimoloji lüğətlərimiz olmadığına görə, fikrimin təsdiqini tapa bilmirəm. Yanılıram, ya yox?
9) Umay Tanrıçasına ibadət haqqında, daş yedizdirməsi ritualından başqa nə bilirik?
Anadolu’da iskan edilmiş Karabağlı Aşireti/Karabağ Türkmenlerinin tarihinden bahsedebilir mi?